"Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi, Prezident İlham Əliyevin şəxsi nəzarətindədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Hazırda Kəlbəcərdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan sonra ilk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən dövlət başçısı bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü ucalmışdır. Həmin tarixi gündən sonra ötən müddət ərzində Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir. Bu səfərlərin hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31