AZ

NATO dövlətlərinə terapiya seansı

ABŞ -ın Şimali Atlantika Alyansındakı müttəfiqləri, Qalifaksda keçirilən beynəlxalq forumda, Donald Trampın prezdentliyi dövründə "hər şeyin yaxşı olacağı" ümidləriylə bir-birilərinə təskinlik verməyə çalışıblar.  

 Bu barədə məlumat verən Politico yazır ki, "ABŞ konqressinin ikipartiyalı üzvləri alyansdakı çaşqınlıq içində olan tərəfdaşlarını sakitləşdirmək üçün Qalifaksa gəliblər.  Lakin hələ də, yeni administrasiyanın Kiyevə dəstək göstərməyə davam edəcəyi məsələsinə aydınlıq gəlməyib.  Teampın yeni tələbləriylə bu məsrəflər Avropanın üzərinə qoyula bilər ki, bu da onların işini çətinləşdirə bilər. .. Forumun kulislərindəki danışıqlar daha çox avropa dövlətləri üçün keçirilən terapiya seansına bənzəyirdi"...

 NATO-nun yüksək çinli hərbi məmuru, admiral Rob Bauer bəyan edib ki, Ukrayna münaqişəsiylə bağlı gələcək hərəkət planları ilə bağlı heç bir məlumatı yoxdur. Ona görə də, 2025-ci il yanvarın 20-nədək, Donald Trampın rəsmi olaraq vəzifısinə başlamasını gözləməliyik.

 Rüstəm Hacıyev
 

Seçilən
10
adalet.az

1Mənbələr