AZ

Üç rayonun tenderi bir gündə niyə ləğv edildi?

Son günlər əksər rayonların tenderlərinin ləğv edilməsi halları geniş yayılıb. Ötən həftənin sonlarına yaxın Biləsuvar, Qazax və Qax İcra Hakimiyyətlərinin tenderlərinin ləğv edilməsi iştirakçı sayının az olması ilə izah olunub.
Lakin bunun ardından daha üç rayonun da keçirdiyi tenderin ləğv edilməsi müşahidə olunub. Tribunainfo.az xəbər verir ki, ötən həftənin şənbə günü ləğv edilən tenderlərdən biri Ağdam rayon İcra Hakimiyyətinin müsabiqəsi olub. Ağdam rayon, Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin İnzibati binasının cari təmiri ilə bağlı keçirilən tender nəzarət orqanının qərarı ilə məqbul sayılmayıb. 70.000 manat dəyərində olan tenderin ləğvi, həmçinin qanunun əsas tələblərinin yerinə yetirlməməsi ilə əlaqəli hesab olunub.
İsmayıllı rayon İcra Hakimiyyəti isə İvanovka kəndində yerinə yetiriləcək yolların əsaslı təmiri işlərinə dair müsabiqəsini keçirə bilməyib. 93.201,61 manat dəyərində olan işlərin dayandırlması AİİBNX-nin tərtib etdiyi protokola əsaslanıb.
Zaqatala İcra Hakimiyyətinin Zaqatala şəhərinin küçələrini safaltlamaq üçün keçirdiyi tenderə də icazə verilməyib. 592.786 manat olan işlərin dayandırılmasının səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin şərtlərinin pozulması olub.
Normalda şənbə günləri tenderlərin ləğv edilməsi nadir hallarda olur. Görünür, tenderləri ləğv edilən İcra Hakimiyyətlərinin durumu heç də yaxşı deyil. Güman ki, ölkə rəhbərliyini onların fəaliyyətlərindən narazılığı var və bu da özünü bu şəkildə göstərir.
Xatırladaq ki, Zaqatalanın icra başçısı Əhmədzadə Mübariz Cuma oğlu, ismayıllının icra başçısı Nahid Bağırov, Ağdamın icra başçısı isə Vaqif Həsənovdur.

Seçilən
6
tribunainfo.az

1Mənbələr