Xəbər verdiyimiz kimi Türkiyənin Antalya şəhərinin hava limanında Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsində yanğın olub.
Nəticəsə təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edilib. Ölən və yaralananların olmadığı bildirilir.
Hadisədən sonra Rusiya İstintaq Komitəsinin müstəntiqləri Antalyada Rusiya sərnişin təyyarəsinin yanması ilə bağlı cinayət işi açıb.
Sitat.info xəbər verir ki, bu barədə RF İK-nin mətbuat xidməti məlumat verib.
“Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma)” cinayət əsasında təyyarənin gövdəsində baş vermiş yanğınla bağlı cinayət işi açıb., - məlumatda deyilir.