AZ

İran Rusiya ilə ticarətdə dollardan istifadədən imtina edib

İran və Rusiya arasında ticarət dövriyyəsində artıq ABŞ dolları istifadə olunmur.

Fins.az-ın məlumatına görə, bu barədə İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin Tehranda keçirilən 11-ci Yeni Bankçılıq Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə əsasən, hazırda iki ölkə arasındakı ticarət əməliyyatlarında İran rialı və Rusiya rublu tətbiq edilir. Fərzin qeyd edib ki, İran bu modeli digər ölkələrlə də ticarət əlaqələrində tətbiq etməyi planlaşdırır.

Məhəmməd Rza Fərzin əlavə edib ki, İranın Mərkəzi Bankının əsas proqramlarından biri Rusiyanın ödəniş şəbəkəsinə inteqrasiya idi. Bu çərçivədə İranın “Şetab” sistemi Rusiyanın “Mir” sistemi ilə birləşdirilib.

"Hazırda bu sistem fəaliyyət göstərir, lakin prosesin başlanğıc mərhələsində olduğumuz üçün müəyyən lənglik müşahidə olunur. Gələcəkdə sistem üzərində daha çox işlər görüləcək," - deyə o vurğulayıb.

Seçilən
11
2
fins.az

9Mənbələr