AZ

Turanə Türkiyədə tamaşada oynayacaq

Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərəcək.

Dərgi.az xəbər verir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan “Yetersiz Bakiye – Hesap kesim” *tamaşasının* yeni quruluşunda rol alacaq.

“Deyəsən, ilk dəfədir ki, hansısa teatr Azərbaycandan aktrisa dəvət edir. Mən də artıq 1 aydır bu *tamaşa* və bir neçə film, serial ilə əlaqədar İstanbula köçmüşəm .

Tamaşada mənim rolum türk bir qız üçün yazılmışdı. İştirakım təsdiqlənəndən sonra rolu azərbaycanlı qız olaraq dəyişiblər. Yəni tamaşada mən həm türk türkçəsi, həm də öz ana dilimdə danışacağam” deyə, Turanə bildirib.

Qeyd edək ki, dekabrın sonu səhnə alacaq tamaşa komediya janrındadır. Daha əvvəlki mövsümdə səhnə əsəri 500 mindən çox tamaşaçıya çatıb. Səhnə işi bu il həm Türkiyə, həm də dünya turu edəcək.

Seçilən
8
9
dergi.az

10Mənbələr