AZ

“Şair Vaqif” quru yük gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) DənizNəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yükgəmisinin tərsanə təmiri başa çatıb.

Trend bubarədə QSC-yə istinadən məlumat verir.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmirzamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalıişləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların,braşpillərin və şpillərin təmiri aparılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yükanbarlarının qapaqları təmizlənib və rənglənib.

Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlərgörülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illikyoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması iləbərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb.

Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçibvə dənizçilərin ixtiyarına verilib.

Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktaulimanına olub.

Qeyd edək ki, uzunluğu 108,33, eni 16,74 metr olan gəmi 5200 tonyükgötürmə qabiliyyətinə malikdir.

Məqalədə:
Seçilən
25
4
az.trend.az

1Mənbələr