Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan qeyri-neftməhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında ilkbeşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Amerika BirləşmişŞtatları qərarlaşıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, on ayda Rusiyaya 956, 7 milyon dollar, Türkiyəyə477,6 milyon dollar, Gürcüstana 233,9 milyon dollar, İsveçrəyə168,9 milyon dollar, Amerika Birləşmiş Ştatlarına (ABŞ) isə 118,1milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr üzrəgöstəriciləri təqdim edirik:
Ölkələrin adı | Min ABŞ dolları | Ümumi ixraca nisbətən %-lə |
Cəmi | 2 807 520.27 | 100.00 |
o cümlədən: | ||
Rusiya | 956 725.23 | 34.08 |
Türkiyə | 477 634.58 | 17.01 |
Gürcüstan | 233 989.97 | 8.33 |
İsveçrə | 168 911.21 | 6.02 |
Amerika Birləşmiş Ştatları | 118 108.70 | 4.21 |
Qazaxıstan | 106 115.94 | 3.78 |
Ukrayna | 89 195.62 | 3.18 |
Türkmənistan | 71 134.14 | 2.53 |
Oman | 65 970.29 | 2.35 |
Birləşmiş Ərəb Əmirlikləri | 46 206.26 | 1.65 |
Almaniya | 41 729.35 | 1.49 |
Belarus | 39 097.80 | 1.39 |
Niderland | 34 553.22 | 1.23 |
İtaliya | 33 984.65 | 1.21 |
Rumıniya | 30 564.22 | 1.09 |
Digər ölkələr | 293 599.07 | 10.45 |