AZ

Həbsxanadan terror aktları hazırlayan radikalların hücrəsi AŞKARLANDI – VİDEO

Qazaxıstanda həbsxanadan terror aktları hazırlayan radikalların hücrəsi üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan DTN-nin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) noyabrın 22-də keçirilən əməliyyat nəticəsində ölkənin müxtəlif koloniyalarında 10 radikal islamçının fəaliyyətinin qarşısı alındığını bildirib.

Onlardan birinin həbsxanada olarkən terror aktı hazırladığı, qalanlarının isə adam yığaraq terrorizmin təbliğatı ilə məşğul olduğu qeyd edilir.

Axtarışlar zamanı onlardan bıçaqlı silahlar və telefonlar götürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr