AZ

Dövlət qurumu ehtiyatda olan general-mayoru məhkəməyə verdi

Sabiq deputat, ehtiyatda olan general-mayor Vladimir Vasilyeviç Timoşenko məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, sabiq deputatla bağı məhkəməyə "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmityyəti (ASC) müraciət edib.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Vladimir Timoşenko 1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olub. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. Ehtiyatda olan general-mayordur. 2 övladı var. 

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 2000-ci ildə Milli Məclisin II çağırış deputatı seçilib. 

2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko "Şöhrət" ordeni ilə təltif edilib.

Aydın
Seçilən
4
2
qaynarinfo.az

3Mənbələr