AZ

Əhalinin banklardakı əmanətlərin həcmi artıb

2024-cü il əhalinin banklarda 30 minədək olan əmanətlərin həcmində 36% artım qeydə alınıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 
 
"Pul siyasətində aparılan islahatlar öz müsbət nəticələrini göstərib. Cari ilin on ayında ümumilikdə əhalinin əmanətlərinin həcmi 1,3 milyard manat artıb ki, bu da rekord göstəricidir", - Kazımov bildirib.  
 
Dövlət Statistika Komitəsinin son rəqəmlərinə görə, 2024-cü ilin doqquz ayında əhalinin banklarda əmanəti 14164,0  milyon manat olub.
 
Gülnar 

www.anews.az
Seçilən
9
anews.az

1Mənbələr