AZ

Paşinyan: "Türkiyə ilə buzları əritməliyik"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq qərarına gəldiyini açıqlayıb.

Nikol Paşinyan Ermənistan dövlət televiziyasına açıqlama verib.

Paşinyan dostluq mesajları verərək, "Ermənistanın sabitliyinin, müstəqilliyinin və iqtisadiyyatının güclənməsini istəyiriksə, qonşularımızla əlaqələrimizi gücləndirməliyik. Türkiyə ilə buzları əritməliyik" deyib.

Qeyd edək ki, Paşinyan mart ayında keçirdiyi mətbuat konfransında “Türkiyənin də böyük beynəlxalq güc olduğunu inkar etməyə ehtiyac yoxdur, bu faktla üzləşməliyik” demişdi. 

Sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfər edən prezident Rəcəb Tayyib Ərdoğan Paşinyanı Türkevidə qəbul edib.

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma, Azərbaycan və Ermənistan arasındakı ilkin şərtsiz normallaşma və daimi sülh prosesləri müzakirə edilib.

Prezident Ərdoğan dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib və Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.



Seçilən
3
2
trt.net.tr

3Mənbələr