AZ

"İsrail liderləri edam edilməlidir" - Xamenei 

İranın dini lideri Əli Xamenei İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı çıxarılan həbs qərarına ilk reaksiyasını verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei "İsrail liderləri üçün həbs qərarı yox, ölüm hökmü verilməlidir" deyə qərarı şərh edib. 

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) məhkəmənin baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək həbsə order verilməsi ilə bağlı tələbini qəbul edən qərar çıxarıb. 

Bu, ilk dəfədir ki, İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı verilir və ilk dəfədir ki, xalqların demokratik icmasının bir hissəsi hesab edilən bir ölkənin rəsmilərinə qarşı verilir.

Gülayə Mecid 

Seçilən
21
2
unikal.az

2Mənbələr