"2025-ci ildə əsas xərclər sosial yönümlü olacaq".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
“Dövlət büdcə xərclərinin 40 faizinin sosial sahəyə yönləndirilməsi də bunun sübutudur. Büdcəyə daxil olan sosial zərfin təhlili göstərir ki, müharibə veteranları, qazilər və şəhid ailələrinə olan dövlət qayğısı növbəti illərdə də davam edəcək. Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması planlaşdırılır. Sosial paket 3 milyon insanı əhatə edəcək“, - A.Əmiraslanov bildirib.
Firuzə Əliyeva