AZ

Böyük Britaniya və Fransa arasında GİZLİ DANIŞIQLAR APARILIR

Son həftələr ərzində Avropa ölkələri öz qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı müzakirələri bərpa ediblər.

“İki sahil” xəbər verir ki, “Le Monde” bu haqda öz mənbələrin istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, söhbət ilk növbədə Fransa və Böyük Britaniyadan gedir. 2024-cü ilin fevralında bu məsələ artıq müzakirə olunub, lakin Aİ-nin bütün ölkələri təklifi dəstəkləməyib.

“Le Monde”nin mənbəsinə görə, Fransa və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsi ətrafında “müdafiə sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparır”. Müzakirələr, xüsusən də Böyük Britaniyanın Baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfərindən sonra daha da intensivləşib.

Qeyd edilir ki, müzakirələr "əsasən gizli formatda" aparılır. Prezident Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra ABŞ-ın Ukraynaya yardımı kəsəcəyi ilə bağlı Aİ-nin narahatlıqları fonunda Qərb qoşunlarının göndərilməsi ehtimalı yenidən gündəmə gəlib.

Seçilən
22
ikisahil.az

1Mənbələr