AZ

Tərəvəz istehsalının artması ixracın həcminə də müsbət təsir göstərib

Yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1 785,6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib.

Belə ki, hesabat dövründə xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub ki, bu da 2023-cü ilin yanvar-oktyabr aylarının göstəricisini 1,2 faiz üstələyir.

Ölkədən xarici bazarlara, əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac olunur.

Seçilən
15
vergiler.az

1Mənbələr