AZ

Məişət zorakılığı və ailədəki təsirləri: QHT psixoloqu yazır

Cografiyanın ailənin məişət zorakılığına birbaşa güclü təsiri var.

Keçmişdən müasir dövrümüzə qədər qadın hüquqlarının pozulmasının şahidi olduq və oluruq. Məişət zorakılığı deyincə, təbii ki, ilk göz önünə qadınlar, uşaqlar və yaşlılar gəlir. On ailədə səkkizi mütləq məişət zorakılığına məruz qalır. Buna səbəb ilk öncə ailədə qadın və kişi arasında bərabər hüququn olmaması, hər şeydə avtoritar olaraq atanın qərar verməsi, oğul övladlarına daha çox sevgi, diqqət göstərilməsi və güzəşt edilməsidir. Belə olduqda artıq evdə bir aqressor böyüyür ki, o gələcəkdə qadın-kişi münasibətlərində özünü ən pis formada göstərir. Bura da daxildir ailədə alkoqolun istifadəsi, təhsilin aşağı olması və eləcə də sosial statusun aşağı olması. Bütün zorakılıqlar bir-biri ilə sıx bağlıdır. Əgər ailədə aqressor varsa, o fiziki şiddəti də göstərəcək, mənəvi və psixoloji şiddəti də.

Buna görə ilk olaraq məktəblərdə bununla bağlı təlimlər aparılmalı, sənədli filmlər çəkilməli, valideyn iclaslarına atalar dəvət olunmalı, Mənzil İstismar Sahəsi xətti üzrə yaşayışçılara savadlandırıcı təlimlər keçilməlidir.

 

Samirə İsmayılova

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu

Seçilən
14
qht.az

1Mənbələr