AZ

Gürcüstan bu ilin sonunadək yeni prezident seçəcək - Spiker

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası yeni prezidentin seçilməsi üçün işləri sürətləndirib.

Modern.az xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili bildirib. O deyib ki, bu, ilin sonuna qədər baş verəcək

Bundan əvvəl baş nazir İrakli Kobaxidze prezident seçkilərinin yanvarın əvvəlində keçiriləcəyini bildirmişdi.

“Nəzərə alınması vacib olan bəzi hallar var... Həm seçkilərin, həm də inauqurasiyanın bu il baş tutması vacibdir”, - Papuaşvili bildirib.

Onun sözlərinə görə, prezident seçkilərinin vaxtı sabah açıqlanacaq. Namizədin adı hələ ki açıqlanmır.

Qeyd edək ki, hazırkı prezident Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə ilə seçilmiş sonuncu dövlət başçısı olacaq.
Konstitusiyaya edilən dəyişikliklərə əsasən, bundan sonra Gürcüstanda prezidenti 300 seçicidən ibarət kollegiya seçəcək.

Bu kollegiyaya yeni parlamentin deputatları, yerli hakimiyyət orqanlarının nümayəndələri və proporsional kvota üzrə siyasi partiyalardan namizədlər daxil olacaq.

Seçilən
14
modern.az

1Mənbələr