AZ

On ayda bank sektorunun kredit portfeli artıb - AMB sədri

Bakı. Trend:

Bank sektoru stabil və dayanıqlıdır. Cari ildə də əhalinin vəsahibkarların maliyyə çıxış imkanlarının artırılması xüsusidiqqətdə saxlanılıb. On ayda bank sektorunun kredit portfeli 16,8faiz, o cümlədən, biznes kreditləri 15,9 faiz artıb. Bizneskreditləri payı ümumi portfelin 54 faizini üstələyir.

Trend xəbər verir ki, bunuMilli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanıAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

T.Kazımov bildirib ki, bu ilin əvvəlindən Vergi Məcəlləsinədepozit gəlirlərinin vergi güzəştləri ilə bağlı edilmişdəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əmanətçilərinsayında da artım müşahidə olunub.

"Belə ki, milli valyutada 30 min manatədək əmanəti olanlarınsayı cari ilin 9 ayında 36 faiz artıb. Bu güzəştlərin nəticəsindəbir ildən yuxarı milli valyutada əmanətlərin payı 48,8 faizdən 56faizə artıb.

Pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna müsbəttəsir edib. Cari ilin 9 ayında əhalinin banklarda əmanətləri 10faiz artaraq, 13,8 milyard manatı üstələyib. Bu da tarixi rekordgöstəricidir", - deyə o əlavə edib.

Seçilən
13
3
az.trend.az

7Mənbələr