Azərbaycanın gələn il üçün yaşıl büdcə xərcləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir bildirib ki, yaşıl büdcə üzrə xərclərə 1,3 milyard manat vəsait nəzərdə tutulub.