"Lester" (İngiltərə) baş məşqçisi Stiv Kuperi istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən göndərilib. Həmçinin Premyer Liqa təmsilçisi məşqçilər Alan Teyt və analitik Stiv Rendslə də yolları ayırıb.
Kuper bu ilin yayından "Lester"ə baş məşqçilik edirdi. Komanda hazırda İngiltərə çempionatının turnir cədvəlində 10 xalla 16-cıdır.