Bakı Trend:
Artıq daha bir tarixi proses arxada qaldı. Azərbaycan COP29-ayüksək səviyyəli ev sahibliyi etməklə daha bir tarix yazdı.Azərbaycan həm də bir daha üzərinə götürdüyü öhdəlikləriməsuliyyətlə yerinə yetirmək nümunəsi sərgilədi. Bütün manelərəbaxmayaraq, Azərbaycanın ev sahibliyiı ilə keçirilən COP29 həmtəşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görətarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmlitöhfələri ilə yadda qalacaq. Lakin təəssüf ki, biz bunu Qərb barədədeyə bilmərik.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərovdeyib.
O qeyd edib ki, hələ COP29 ərəfəsində dünya ABŞ və Avropaİttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələnisiyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçünsüni maneələr yaratmaq cəhdlərinin şahidi oldu:
“Bəlli olduğu kimi COP29 ərəfəsində C.Bayden Administrasiyası vəAİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaqyolunu tutdular. Bu hal sonrakı proseslərdə də özünü göstərdi. QərbCOP29-da əsas hədəflərdən diqqəti yayındıraraq, öz qaranlıqməqsədlərini reallaşdırmağa çalışdı”.
Millət vəkili deyib ki, maliyyə hədəfinin müəyyən olunmasıprosesinin gərgin keçməsinin əsas səbəbkarı da məhz Avropa İttifaqıvə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir:
“O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropaİttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkünqədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhzbuna görə Bakıya gəlmədi. Bundan başqa, təsadüfi deil ki, COP29-daAİ-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanınxarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğulolmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insanhaqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakışəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-unmüzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğuloldu”.
V.İskəndərov əlavə edib ki, bütün bunlara baxmayaraq, bəlliqüvvələr məğlub duruma düşdülər:
“Beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərbdövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdəolan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhzBakıda əldə olundu. Yən çəkinmədən demək olar ki, COP29-da 300mlrd. dollar maliyyə hədəfi, həqiqətən, tarixi nailiyyətdir vəqarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəminyaradıldı”.
Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, COP29dünyanın 5-dən böyük olduğunu sübut etdi:
"Həm də qlobal əhəmiyyətli qərarların qəbul olunmasında dünyaictimaiyyətinin həmrəyliyinin qlobal qərarlara təsir etməkistəyənlərin iradəsini dəyişə biləcəyini göstərdi.
COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında körpülər saldı. AzərbaycanınCOP29-a hədəflərdən biri də elə bu idi. ABŞ və Qərb COP29-a maneolmağa çalışdı. Amma onların Azərbaycana qarşı nümayiş etdirdikləriqərəz və qarayaxmalar ayaq tutub yerimədi. Bayden Administrasiyasıda COP29-dan bir fürsət kimi istifadə edərək, dörd illikhakimiyyəti dövründə yarıtmaz fəaliyyətini ört-basdır etmək üçünAzərbaycanı Ermənistanla yarımçıq sülhə razılaşdırmağa və bu sənədiVaşinqtonda imzalatdırmağa çalışdı.
Azərbaycan öz mövqeyini dəyişmədi və özünün əsas hədəfiniCOP29-un yüksək səviyyədə keçirilməsi üzərində qurdu. Belə ki, ikihəftəyə yaxın davam edən COP29 tədbirlərinə 80-dən çox dövlət vəhökumət başçısının gəlməsi və 76 mindən çox nümayədənininqeydiyyatdan keçməsi ölkəmizə qarşı qarayaxma kampaniyalarıaparanlara ən yaxşı cavabımız oldu".
O qeyd edib ki, COP29 tədbirləri çox yüksək səviyyədə təşkilolundu:
"Ölkəmizə gələn bütün qonaqlar çox məmnun qaldılar. Ən əsası,COP29-un qarşısına qoyulmuş hədəflər icra olundu. Avropa İttifaqıvə Avropa Komissiyası Bayden Administrasiyası ilə bir yerdərazılığa gələrək iqlim maliyyəsini az ayırmaq üçün COP29tədbirlərinə qatılmamaq qərarını verdi.
Almaniyanın XİN rəhbəri Annalena Berbok Bakıya gəlsə də, COP29ətrafında müzakirələrə qoşulmaq əvəzinə Azərbaycana qarşı əsassızittihamlar səsəndirərək, özünün sifarişlə gəldiyini nümayişetdirdi. Amma son məqamda qlobal həmrəylik əldə olundu və iqlimmaliyyəsinin 300 milyard dollar olmasına razılaşdı. Həm də 2035-ciilə qədər yeni hədəflər müəyyənləşdirildi. İnkişaf etmiş ölkələrininkişaf etməkdə olan və kiçik ada ölkələrinə iqlim maliyyəsi iləbağlı həmrəylik əldə olundu. Beləliklə, deyə bilərik ki, AzərbaycanCOP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu".
"COP29 Azərbaycan diplomatiyasının dönüş nöqtəsidir. YəniAzərbaycan COP29-dan sonra dünyaya yeni bir libasda görünür. Bu,həm də Azərbaycanı beynəlxalq tədbirlərə yüksək ev sahibliyi edən,qlobal çağırışlara qoşularaq töhfə verən, qarşılıqlı hörmətəsasında əməkdaşlıq quran, dostların sayını artıran, etibarlı vəməsuliyyətli tərəfdaş kimi dünyaya bir daha tanıtdı", - deyə oəlavə edib.