Bakı. Trend:
İngiltərə və İrlandiyadan sonra Fransada da təsirini göstərənBert qasırğası ölkənin 9 vilayətində “narıncı” xəbərdarlıqsəviyyəsinin elan edilməsinə səbəb olub.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, İngiltərə və İrlandiyada daşqınlaravə nəqliyyatın pozulmasına yol açan “Bert” qasırğası Fransanın şərqvə mərkəzi bölgələrində təsirini göstərib.
Məlumata görə, saatda 120 kilometrdən çox sürətlə əsən “Bert”qasırğası Allier, Saone-et-Loire, Jura, Puy-de-Dome, Loire, Rhone,Ain, Haute-Loire və Isere vilayətlərində axşam saatlarına qədərqasırğanın təsiri altında qalacaq.
Qeyd edək ki, keçən günlərdə İngiltərə və İrlandiyada Bertqasırğası daşqınlara, elektrik kəsintilərinə və nəqliyyatınpozulmasına səbəb olmuşdu. İngiltərənin müxtəlif bölgələrindəyüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalmış, Şimaliİrlandiyada çox sayda evə ziyan dəymişdi. \