ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası transgenderləri Silahlı Qüvvələr sıralarından uzaqlaşdıra bilər.
Azpost.info xəbər verir ki, bu barədə “Times” məlumat yayıb.
Trampın Ağ Evə qayıdışının elə ilk günü, yanvarın 20-də fərman imzalana bilər ki, nəticədə 15 min nəfər sağlamlıq səbəbi ilə xidmətə yararsız olduğu üçün ordunu tərk etməyə məcbur olacaq.
Nəşr bildirir ki, bu, silahlı qüvvələrin demək olar ki, bütün qollarında kadr çatışmazlığının yaşandığı bir vaxtda baş verəcək.
“The Times”ın yazdığına görə, işdən çıxarılanlar arasında yüksək rütbəli zabitlər də olacaq.
Azpost.info xəbər