AZ

Rəcəb Tayyib Ərdoğan Ankarada Mark Rutte ilə görüşəcək

 

NATO-nun baş katibi Mark Rutte 25 noyabr 2024 tarxində rəsmi görüşlər üçün Türkiyənin paytaxtı Ankaraya səfər edəcək. 

O, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək və görüşdə ən mühüm müzakirə mövzusu Ukraynadakı müharibənin yayılma təhlükəsi olacaq. 

Eyni zamanda Yaxın Şərqdəki son vəziyyət də qiymətləndiriləcək və bölgədə gərginliyin azaldılması üçün NATO ilə birgə atıla biləcək addımlar müzakirə olunacaq. Ruttenin ilə İsrailin hücumlarının dayandırılması üçün NATO daxil olmaqla beynəlxalq qurumların Benyamin Netanyahuya daha çox təzyiq göstərməsi danışılacaq. 

NATO üçün əhəmiyyətli ölkələrdən biri olan və xüsusilə cənub qanadının müdafiəsində xüsusi mövqedə yer alan Türkiyənin hərbi və siyasi sahələr başda olmaqla ittifaqla olan əlaqələri də bu səfər çərçivəsində müzakirə olunacaq. 

NATO-nun gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlıq, Türkiyənin terrorla mübarizəsi, Suriyanın və İraqın şimalındakı son vəziyyət, habelə Egey və Şərqi Aralıq dənizindəki inkişaflar da müzakirə edilməsi gözlənilən mövzular arasındadır. 



Seçilən
10
trt.net.tr

1Mənbələr