AZ

Türkiyə antiazərbaycançı jurnalistin ölkəyə girişinə qadağa qoyub

Kanadalı jurnalist Nil Hauer “X” sosial şəbəkəsindəki səhifəsində Türkiyəyə girişinə qadağa qoyulduğunu bildirib. Hauer qeyd edib ki, o, İrəvandan İstanbulun “Sabiha Gökçen” hava limanına turizm məqsədilə gəlib, lakin pasport nəzarətində saxlanılıb və “qara siyahı”da olduğunu bildirib. 16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistanın paytaxtına geri qaytarıldığını bildirib.

Hauer qeyd edib ki, heç bir qanun pozuntusu törətməyib və qadağadan şikayət etmək niyyətindədir.

Hauer, qadağanın onun iddia edilən “jurnalist fəaliyyəti” ilə bağlı olduğuna inandığını söyləyib. O qeyd edib ki, Türkiyə ilə bağlı “kürd məsələsi” və ya “Gülən hərəkatı” kimi mövzuları çox az işıqlandırır. Bununla belə, o, qadağanın “Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri” ilə bağlı ola biləcəyini və burada erməni tərəfini fəal şəkildə dəstəklədiyini irəli sürüb.

Maraqlıdır ki, Türkiyədə baş verən hadisədən cəmi iki saat əvvəl Nil Hauer öz hesabında Azərbaycandakı COP29 iqlim konfransını tənqid edərək, ölkəni “Qarabağda etnik təmizləmə”də ittiham edib.

Almaz Həsənli

Seçilən
13
1
oxumeni.az

2Mənbələr