AZ

“MİDA” Şirvanda sosial evlərlə bağlı 10 milyon manatlıq – LAYİHƏ HƏYATA KEÇİRİR

“MİDA” MMC  “Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində yerləşən yaşayış kompleksinin sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, sahəxarici - sahədaxili su təchizatı və kanalizasiya şəbəkəsi, sahədaxili suvarma sistemi, sahədaxili yanğınsöndürmə sistemi, sahədaxili yanğın siqnalizasiya şəbəkəsi və sahədaxili video müşahidə şəbəkəsinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Enerji Qrup” MMC olub.

Qalib şirkətə 10 185 019 manat ödəniləcək.

Qeyd edək ki, nizamnamə kapitalı 100 AZN təşkil edir və qanuni təmsilçisi Xəyal Nəsibov Balaisa oğludur.

Seçilən
17
fed.az

1Mənbələr