AZ

Bu küçədə nişanların olmaması sürücüləri qayda pozmağa məcbur edir - VİDEO

Paytaxtın Bünyad Sərdarov küçəsində hərəkətin təşkilində olan nöqsan sürücülərin qayda pozması ilə nəticələnir.

Belə ki, sözügedən küçədə hərəkət birtərəfli təşkil edilsə də, yolun girişində birtərfli hərəkəti bildirən müvafiq yol nişanı quraşdırılmayıb. Qarşıdan hərəkət nəzərdə tutulmadığı üçün sürücülər düşünürlər ki, bu yol sona qədər birtərəflidir. Lakin Həsən Seyidbəyli küçəsi ilə kəsişmədən sonra sürücülər qarşıdan avtomobillərin gəldiyini görərək təhlükə ilə üzləşirlər.

Qeydə alınmış videogörüntüdən də aydın şəkildə görünür ki, yolun ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş hissəsində sürücülər əks tərəfdə parklanma ediblər. Onlar yolun ikitərəfli olduğunu müvafiq nişanlarla bilsələr, bu qayda pozuntusunu törətməzlər. Hərəkətin təşkilində olan nöqsan hər iki istiqamətdən gələn sürücülərdə çaşqınlıq yaradır.

Qeyd edək ki, bu problemi aradan qaldırmaq üçün Bünyad Sərdarov küçəsinin girişinə birtərəfli hərəkəti bildirən 5.5 nişanı, sağdan və soldan kəsişən küçələrə isə birtərəfli hərəkət yoluna çıxışı bildirən 5.7.1 və 5.7.2 nişanları quraşdırılmalıdır. O cümlədən, Həsən Seyidbəyli küçəsi ilə kəsişməyə 50-100 metr qalmış ikitərəfli yolun başlamasını bildirən 1.19 nişanlanması və bilavasitə yolayrıcı qarşısında isə birtərəfli yolun sonunu bildirən 5.6 nişanı quraşdırılmalıdır.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı tez bir zamanda tədbir görəcəklər.

 

Nərmin

Seçilən
5
avtosfer.az

1Mənbələr