Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün Portuqaliyaya gedir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında deyilir.
Səfər Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvətilə baş tutub.
Forum 26-27 noyabr tarixlərində Kaşkayş şəhərində “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» devizilə keçiriəcək.
Paşazadə forumun plenar toplantısında və dini məkanların mühafizəsi üzrə qlobal konfransda çıxış edəcək.
Noyabrın 27-də Allahşükür Paşazadə Lissabonda Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcək.