AZ

İran Əbu-Dabidə ravvinin öldürülməsi ilə bağlı ittihamları RƏDD ETDİ

İran Əbu-Dabidə ravvinin öldürülməsi ilə bağlı ittihamları rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İranın Əbu-Dabidəki səfirliyi BƏƏ-də ravvin Zvi Koqanın qətlində Tehranın əli olduğuna dair bütün iddiaları rədd edib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərində yəhudi ravvinin qaçırılaraq öldürülməsindən şoka düşdüyünü bildirmişdi.

“İsrail bütün tədbirləri görəcək və Koqanın qətlinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcək”, – o deyib.

“Times of Israel”in məlumatına görə, ravvin cəsədi Əbu-Dabidən 150 km aralıda tərk edilmiş avtomobildə tapılıb.

Onun qətlində İran tərəfindən muzdlu olduğu və artıq Türkiyəyə qaça bilmiş bir neçə Özbəkistan vətəndaşı şübhəli bilinir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr