AZ

Gürcüstanın yeni prezidenti 5 il müddətinə seçiləcək

Gürcüstan parlamenti noyabrın 26-da prezident seçkilərinin dəqiq vaxtını müəyyən edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, 11-ci çağırış parlamentin noyabrın 26-da keçiriləcək iclasında bir sıra vacib məsələlər, o cümlədən Gürcüstan prezidentinin seçkiləri ilə bağlı məsələyə də baxılacaq. Parlament prezident seçkilərinin dəqiq vaxtını təyin etdikdən sonra Mərkəzi Seçki Komissiyası müvafiq tədbirlərin görülməsinə başlayacaq.

“İndi yeni reallıqlar yaranıb. Biz bunları nəzərə almalıyıq. Yeni prezident 5 il müddətinə seçiləcək. Biz istəyirik ki, həm seçkilər, həm də yeni prezidentin andiçmə mərasimi 2024-cü ildə reallaşsın”, - deyə Şalva Papuaşvili vurğulayıb.

Seçilən
14
xezerxeber.az

1Mənbələr