Xəzər rayonu Şağan qəsəbəsində yağış sularının kənarlaşdırılması şəbəkəsi mövcud deyil.
Bu məlumat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
"Bu ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş kanalizasiya sistemi də mövcud deyil. Ancaq belə fors-major hallar olduqda Xidmətimiz tərəfindən yağış sularının təmizlənməsi üçün hər bir köməklik göstərilir. Hazırda da Şağan qəsəbəsindəki suyun çəkilməsi prosesində işlər gedir", - deyə məlumatda qeyd olunur.
Oxu.az
Tarix: 25 Noyabr 2024, 13:44