AZ

Qallant “xilas olmaq üçün” ABŞ-a gedir

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant gələn həftə Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Ynet” saytı yayıb.

Nəşrin məlumatına görə, bu, Qallantın Beynəlxalq Cinayət Məhkəməsinin onun və İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra ilk xaricə səfəri olacaq.

Ekspertlərin fikrincə, onun ABŞ-a səfəri də məhz bu faktla bağlıdır, çünki Qallant həbs oluna biləcəyindən ehtiyat edir, ona görə də bəzi mənbələrə görə, o, ABŞ hakimiyyətini məsələ ilə bağlı təzyiq göstərməyə razı salmaq niyyətindədir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı çıxarıb.

Seçilən
10
1
axar.az

2Mənbələr