Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı bu gün saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə o, Facebook-da yazıb.
Qasımlı bildirib ki, çağırış onun ölkədən çıxışına qoyulan qadağanın səbəbi barədə bəyanatı ilə bağlıdır.
Xatırladaq ki, ötən cümə günü Bakı hava limanında Azər Qasımlını ölkədən buraxmayıblar. Sərhədçilər bildiriblər ki, Daxili İşlər Nazirliyi onun Azərbaycandan çıxışına qadağa qoyub.