AZ

“Ukrayna nə Krımı, nə də ölkənin şərqini azad edə bilməyəcək” – “Tramp ilk gündən müharibəni dayandırmalıdır”

Ukrayna ölkənin şərqində Rusiyanın ələ keçirdiyi əraziləri geri qaytara bilməyəcək.

“AzPolitika” xəbər verir ki, bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş zabiti və Amerikanın ən böyük PMC-lərindən biri olan “Blackwater”-ın təsisçisi Erik Prins “Fox News” kanalına müsahibəsində dilə gətirib.

“Ukraynanın itirdiyi şərq ərazilərini, xüsusən də Krımı geri alması şansı yoxdur”, o əlavə edib. Prins qeyd edib ki, müharibə yaxın gələcəkdə başa çatmalıdır. “Blackwater” qurucusu ümid edir ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp birinci gündən buna nail olacaq.

Prins həmçinin Ağ Evin hazırkı rəhbəri Co Baydenin Amerika raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə vermə qərarını son dərəcə məsuliyyətsizlik adlandırıb. Onun sözlərinə görə, Rusiya Federasiyasının nüvə yükü daşıya bilən və HHM sistemlərinin vura bilmədiyi ballistik raketlə cavab verməsi Qərbə göstərdi ki, bu, oynanılması lazım olan oyun deyil.

“AzPolitika.info”

Seçilən
8
azpolitika.info

1Mənbələr