AZ

Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm

Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda döyülərək cinsi istismara məruz qalan və müalicə aldığı xəstəxanada həyatını itirən iki yaşlı Sıla adlı körpə qızın xalası şübhəli şəkildə ölüb.

Bu barədə hakimiyyet.az Ntv.com.tr-yə istinadən xəbər verir.

Məlumata görə, Sılanın xalası, 27 yaşlı Elif Akyüz naməlum səbəbdən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki evinin balkonundan yıxılıb. Hadisə yerinə polislər və tibb briqadası cəlb edilib. Elif Akyüzün hadisə yerində öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Xatırladaq ki, sentyabrın 8-də insult keçirib və əməliyyat edilib. Uzun müddət xəstəxanada reanimasiya şöbəsində saxlanılan qızcığazın həyatını xilas etmək mümkün olmayıb. Körpənin narkotik istifadəçisi olduğu iddia edilən anası qızına təcavüz olunduğunu bilsə də, hadisədən üç gün sonra körpənin vəziyyəti ağırlaşdığı üçün onu xəstəxanaya aparıb.

Hadisə ilə bağlı körpənin anası və qonşunun uşaqları da daxil olmaqla, beş nəfər həbs olunub. Ananın digər beş yaşlı qızı isə dövlətin himayəsinə verilib.

Qeyd edilir ki, Elif Akyüz Sılanın və 5 yaşlı bacısının qəyyumluğunu almaq üçün körpə ölməzdən əvvəl Tekirdağ 4-cü Ailə Məhkəməsində iddia qaldırıbmış.

Seçilən
8
2
hakimiyyet.az

3Mənbələr