AZ

Bu bəla haradan gəlib onları tapdı?

Keçən sezon deyənlər var idi ki, bəs «Zirə» əttökən futbol oynayır, amma nəticə qazanır.
Əttökən futbol oynadığı iddiasını bu komanda avrokuboklarda üzərindən atdı. Konfrans Liqasınadək gedib çıxdı.
Hazırda bir kəs deyə bilməz ki «Zirə»nin oyunu cansıxıcıdır, yuxu gətirir. Gətirməyən, sadəcə, bəxtdir. Hə, bu bəxt ki var, çox incə-mincə şeydir. Nə vaxt sənə tərəf olacağını, nə vaxt səndən üz döndərəcəyini bilmirsən. Bəzən adam(lar)ı elə yerdə yaxalayır ki… Qalırsan mat-məəttəl.
Rəşad Sadıqov son aylara kimi hakimlərdən çox şikayətlənirdi. Təbii ki, haqlı yerə. Başı onların əlindən yaman çəkdi. Hər yaramazlığı etdilər.
Bu gün hakimlər hücumçularının yanında yalan olub. Premyer Liqada ardıcıl üç məğlubiyyətə kitab-dəftər açası olsaq, ön xətt oyunçularının «qol orucu»na tutulmasını orada dönə-dönə qeyd etməliyik. Bu bəla haradan gəlib onları tapdı, müəmmalıdır. Avrokuboklarda, Premyer Liqanın ilk həftələrində gül kimi qollar vururdular ey! Rafael Utrixə, Davit Volkova və digər çiyindaşlarına hansı «xəstəlik» üz verib, fələk də baş açmaz.
«Neftçi»nin vurduğu ikinci qolda Aydın Bayramovun səhvini Rəşad Sadıqovun azı 10 dəfə izləməsinə şübhəm yoxdur. O xətanı edən karyerasının sonunadək bir daha milliyə çağırılmamalıdır. Emin Səfərov az qala Dunay çayının sahilindən qapıya zərbə endirdi, Aydın yuxudan ayılmağa yenə gecikdi.
Açığı, «Zirə»nin yerli futbolçu bazası zəifdir. Başlarını tutursan, ayaqları gedir. Ayaqlarını tutursan, başları gedir.

MUSA

Seçilən
16
sportinfo.az

1Mənbələr