AZ

Məşhur yazıçının əlyazması 286 min avroya satıldı

Yazıçı Frans Kafkanın hekayəsinin əlyazması və məktubu Hamburqda keçirilən hərracda 286 min avroya satılıb.   Manset.az Lent.az-a istinadla xəbər verir ki, söhbət “Birinci bəla” hekayəsinin beş səhifəlik orijinal əlyazmasından və 1922-ci il mayın əvvəlində yazılmış üç səhifəlik məktubdan gedir. Əlyazma və məktubu şəxsi kolleksiyaçı alıb, hərrac evi onun adını çəkmir.

Frans Kafka 1883-1924-cü illərdə yaşamış çex əsilli almandilli yazıçıdır. O, ədəbiyyatda absurdizm və modernizmin banilərindən biridir.

Seçilən
18
manset.az

1Mənbələr