AZ

Naxçıvanda ŞOK olay: Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı...

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 1987-ci il təvəllüdlü Şahlar mübahisə zamanı həyat yoldaşı Mehparəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
 
Hadisə 28 fevral 2024-cü ildə, gecə saat 1 radələrində Sədərək rayonunun kəndlərindən birində baş verib.
 
Şahlar kənddəki evlərindən birində boşanma ərəfəsində olduğu arvadı Mehparəni bıçaqla vurub.
 
İstintaq orqanı tərəfindən Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən 5 ay əvvvəl həyat yoldaşı Mehparə boşanmaq üçün məhkəməyə müraciət edib:
 
“Məhkəmə barışaraq ailə münasibətlərimizin bərpası üçün 3 ay müddət təyin etdi. Bu müddətdə həyat yoldaşım və 3 azyaşlı övladımdan ayrı, atamın yanında yaşadım. İki ay sonra həyat yoldaşım zəng edərək həmkəndlimiz Səlimin ona əxlaqsız təklif etdiyini, evə gəlməyimi, bu barədə söhbət etməli olduğumuzu bildirdi. Cavab verdim ki, biz ayrılmışıq, mən bu məsələyə qarışa bilmərəm. Lakin arvadım evə gəlməyim üçün təkid etdi”.
 
Şahların sözlərinə görə, daha sonra Mehparənin yaşadığı evə gedərək söhbət edib: “Mehparə Səlimin ona boşandığını, tək yaşadığı üçün müəyyən təkliflər etdiyini və bunun üçün də aralarında mübahisə düşdüyünü dedi. Orda olan zaman qaynım Nadirə zəng edib məsələni öyrənməyə çalışdım.
 
Qaynım isə mənə Səlimin Mehparəyə həmin təkilfi etdikdən sonra Mehparənin onun evinə gedərək mübahisə edən zaman müşahidə kamerasını sındırdığını, buna görə haqsız vəziyyətə düşdüyünü izah etdi. Qaynım məsələni böyütməməyi məsləhət gördü. Bundan sonra Mehparənin yanına getmədim. Lakin qaynımla telefon vasitəsilə danışdım. O mənə ev taparaq ailəmi də yanıma aparmağımı, belə gedərsə problemlərin çox olacağını söylədi”.
 
Təqsirləndirilən şəxs qeyd edub ki, növbəti gün evlərinin yaxınlığında yerləşən restoranda spirtli içki qəbul edib, sonra Mehparənin yaşadığı evə gedərək uşaqlarını görmək istəyib:
 
“Oğlum Fəridlə həyat yoldaşım məni evdən qovmağa çalışdı. Mehparəyə sahibsiz olmadığını və istədiyi hərəkəti edə bilməyəcəyini dedim. O isə Mehparə boşandığını, istədiyi hərəkəti etməkdə azad olduğunu bildirdi.
 
Mən mətbəxə gedərək bıçaq götürdüm və həyat yoldaşımın böyrünə söykəyərək ona hələ boşanmadığımızı, sərbəst hərəkət edə bilməyəcəyini söylədim. Mehparə polisə zəng edərək məndən şikayət etdi. Polis əməkdaşları gələrək məni şöbəyə apardıqlar.
 
Şöbədə bildirdim ki, Mehparəni bıçaqla qorxutmaqda məqsədim onunla barışmaq və uşaqlarımı görmək idi. Törətdiyim əməldən çox peşman olmuşam. Bir daha bu cür hərəkətə yol verməyəcəm. Fəhlə işləyərək üç uşağıma hər ay aliment ödəyirəm. Törətdiyim əmələ görə Mehparədən üzr istəyib uşaqlarıma görə məni bağışlamasını istəmişəm”.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mehparənin sözlərinə görə, Şahlarla 2008-ci ildə ailə həyatı qurub: “Ailə qurduğumuz zamandan Şahlar spirtli içiki qəbul edir, içkili vəziyyətdə evə gələrək məni və azyaşlı uşaqlarımı döyürdü. Yaxın iki il ərzində iki dəfə boşanmaq üçün məhkəməyə müraciət etmişəm. Sonradan barışaraq bir yerdə yaşamışıq. Lakin Şahlar eyni hərəkətləri davam etdirib.
 
Hadisədən 5 ay əvvəl təkrar boşanmaq üçün məhkəməyə müraciət etdim. Mart ayında qətnamə çıxarılaraq nikahımız pozuldu. Təqribən 8 aydır onunla ayrı yaşayıram”.
 
Mehparə qeyd edib ki, hadisə günü gecə saat 01:00-da Şahlar yaşadığı evə gələrək qapını döyüb və qapını açmağı istədiyini deyib: “Şahların mənə xətər yetirəcəyini düşündüyüm üçün qapını açmadım. Ev telefonu ilə anama zəng edərək Şahların sərxoş vəziyyətdə evə girmək istədiyini və polisə zəng etmələrini dedim.
 
Bu zaman Şahlar qapını sındıraraq içəri girdi. Kiçik qızım Aysunu qucağına alaraq oxşamağa başladı. Oğlum Fəridlə birlikdə Şahları evdən çıxarmağa çalışdıq. Bu zaman Şahlar Fəridiı döyməyə başladı. Araya girib oğlumu onun əlindən aldım. Fərid evdən çölə qaçdı. Bu vaxt Şahlar saçımdan tutaraq üzümü dizinə vurmaq istədi. Üzümü yana çevirdim, bir neçə dəfə əlindən qurtularaq qaçmaq istədim. O, mətbəxdə stolun üzərindən bıçağı götürərək qarın boşluğuma və boğaz nahiyəmə dayayaraq xəsarət yetirdi.
 
Evin giriş qapısından çöldə dayanan böyük qızım oğlum Fəridə səslənərək “atam anamı öldürür, niyə çöldə dayanmısan” deyə qışqırdığını eşitdim. Bundan sonra Fərid evə daxil olduğu. Şahların baş nahiyəsindən yumruqla vuraraq məni onun əlindən almağa çalışdı. Yalvararaq bizi buraxmasını istədim.
 
Bu zaman Şahların fikri yayındı. Bundan istifadə edib bıçağı Şahların əlindən alaraq açıq qapıdan çölə tulladım. Sonra qarnımı tutaraq evdən çölə çıxdım və həyətimizdən məhləyə doğru getdim, qonşunun evinə tərəf qaçdım.
 
Azyaşlı övladlarım da arxamca gəldilər. Məhləyə çıxanda polis əməkdaşlarını gəldiyini gördüm. Onlara yaxınlaşaraq Şahların məni bıçaqlandığını bildirdim. Şahları polis maşınına mindirib apardılar.
 
Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında müayinə olunduqdan sonra yaşadığım evə qayıtdım. Polis əməkdaşları yaşadığım evə gələrək izahatımı aldılar”.
 
Bu cinayət işinə Sədərək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahlar 4 ay müddətinə azadlıqdan məhrum edilib. /Teleqraf.com/
 
Seçilən
18
5
moderator.az

6Mənbələr