AZ

Bayram axşamı qətllər törədən Arifin cəzası bu oldu

Dekabrın 31-i axşam saatlarında iki nəfəri öldürməkdə ittiham olunan Arif Bəhərçiyevin məhkəmə araşdırması başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər prokurorun tələbinə uyğun olaraq 23 yaşlı müttəhimi ömürlük dörd divar arasına göndərməyi ədalətli hesab etməyiblər.

Hökmə əsasən, Arifə müddətli - 20 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin son günü-bayram gecəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Arif anası ilə birgə işlətdiyi kafedə yaranan mübahisə nəticəsində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovu bıçaqla qətlə yetirib. O, hadisədən əvvəl anasını da döyüb. Arif Namiq və Ramili elə həmin vaxt mane olmaq istədikləri üçün öldürüb.

Seçilən
29
7
sabah.az

8Mənbələr