AZ

ABŞ və Qərb ölkələrinin COP29 zamanı Azərbaycan əleyhinə apardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur - RƏY

Bakı. Trend:

ABŞ və Qərb ölkələrinin COP29 zamanı Azərbaycan əleyhinəapardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur.

Bunu Trend-ə açıqlamasında SosialTədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Turalİsmayılov deyib.

O qeyd edib ki, Azərbaycan COP29-a böyük uğurla ev sahibliyietdi.

"Nəzərə almalıq ki, Azərbaycan COP29-a təkcə ev sahibliyietmədi, həm də necə güclü qlobal təşəbbüskar ölkə olduğunu nümayişetdirdi. Çünki Azərbaycan 2035-ci ilə qədər ümumi 1.3 trilyondollar maliyyələşmə məsələsinin müzakirəsinə nail oldu.

Təbii ki, 300 milyard dollarlıq maliyyə hədəfinə nail olunmasıAzərbaycanın COP29 çərçivəsində bəxş etdiyi ən önəmli qlobaltöhfələrdən biridir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gündünyada iqlim məsələlərindən bəhs edən bəzi ölkələr əsla səmimideyillər və bu qeyri-səmimilik içərisində özəlliklə ABŞ və Qərbölkələri xüsusilə fərqlənirlər.

Atmosferi daha çox çirkləndirən, eyni zamanda, qlobal iqlimməsələlərinə də ən çox məsuliyyətsiz yanaşanlar məhz Qərbcoğrafiyasından olanlardır. Bu gün onların Azərbaycan əleyhinəkampaniyaları da buna görə də aktivləşmiş vəziyyətdədir. LakinAzərbaycan Qərbə də, bütün dünyaya da nümayiş etdirdi ki, ekolojiməsələlər ətraf-mühit təhlükəsizliyi ilə bağlı mövzularda mütləqşəkildə qlobal həmrəylik şüuru olmalıdır.

Dünyada bu qlobal həmrəylik şüurunu sabotaj edən Fransa vəQərbin bəlli dairələrinin olmasına rəğmən, Azərbaycan bu prosesiuğurla yerinə yetirdi, nəticədə Bakıda kiçik ada dövlətləri vəkasıb ölkələrin taleyi ilə bağlı da çox ciddi addımlar atıldı".

Politoloq Rüfət Hüseynli bildirib ki, bu ilAzərbaycanın qlobal iqlim siyasətində mühüm yer tutan bir il olaraqtarixə düşdü.

"Ökəmiz beynəlxalq ictimaiyyətin diqqətini üzərinə çəkən COP29(BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 29-cu Konfransı)kimi bir tədbirə ev sahibliyi etdi. Bu mühüm tədbir həmtəşkilatçılıq baxımından, həm iştirakçıların fəallığı, həm də əldəolunan nəticələrə görə tarixə düşdü.

Azərbaycan COP29-un yüksək səviyyədə təşkilinə nail oldu. Bakıdakeçirilən bu sammitə 190-dan çox ölkənin nümayəndələri qatıldılar.Dövlət və hökumət başçıları, iqlim sahəsindəki aparıcı ekspertlər,qeyri-hökumət təşkilatları və elm adamları bir araya gələrək,qlobal iqlim dəyişikliyi ilə mübarizənin yeni yollarını müzakirəetdilər. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə, yalnızbeynəlxalq iqlim müzakirələrinin mərkəzinə çevrilmədi, həm dəregionda liderlik mövqeyini bir daha təsdiqlədi.

COP29, həmçinin, əldə olunan mühüm razılaşmalarla yadda qaldı.İqlim dəyişikliyi ilə mübarizə istiqamətində böyük addımlar atıldıvə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındabalanslaşdırılmış kompromislər əldə edildi. Azərbaycanın həmözünün, həm də qlobal miqyasda iqlim dəyişikliklərinə qarşımübarizənin gücləndirilməsi üçün səylərini artırmaq qərarınagəlməsi, sammitin əsas müzakirə mövzularından biri oldu.

Özəlliklə, iqlim maliyyələşdirilməsi, karbon emissiyalarınınazaldılması və dayanıqlı inkişaf məqsədləri üzrə geniş müzakirələraparıldı. Azərbaycan bu tədbirin sonunda ekoloji təsirlərinazaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsindəbir sıra mühüm təşəbbüslər irəli sürdü. Sammitin yekunları həmQərb, həm də inkişaf etməkdə olan ölkələr üçün mühüm razılaşmalarlatamamlandı.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlimsiyasətindəki nüfuzunun artmasında mühüm rol oynadı. Azərbaycanıntəbii sərvətlərdən istifadə və ekoloji bərpa məsələləri üzrətəcrübəsi, xüsusən də regionda yaşanan təbii fəlakətlərinqarşısının alınması ilə bağlı irəli sürdüyü təkliflər beynəlxalqsəviyyədə böyük əks-səda doğurdu. Azərbaycan, həmçinin, Qafqaz vəXəzər regionunun iqlim dəyişikliklərindən daha az təsirlənməsi üçünregional əməkdaşlıq ideyasını gündəmə gətirdi.

COP29 Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini bir dahagücləndirdi və ölkəmizin qlobal iqlim siyasətinə olan töhfəsininümayiş etdirdi. Bu tədbir həm təşkilatçılıq baxımından, həm dəəldə olunan nəticələrə görə tarixi bir əhəmiyyət daşıdı.Azərbaycanın ev sahibliyi ilə keçirilən bu sammit qlobal iqlimdəyişikliyi ilə mübarizənin daha güclü və səmərəli bir şəkildəhəyata keçirilməsi üçün mühüm bir addım oldu. Bu tədbir həm dəAzərbaycanın iqlim siyasətindəki rəhbərliyini və qlobalməsuliyyətini bir daha vurğuladı", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr