AZ

Elza buna görə köhnə telefon işlədir

Əməkdar artist Elza Seyidcahan bir neçə il əvvəl ərsəyə gətirdiyi yazdığı şeirlərdən ibarət “Mən dəlinin rəssamı” adlı kitabından söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Elza bildirib ki, bu kitabı çıxartmaq üçün çox sayda toy və şou proqramlara gedib:

“Qayğısını çəkdiyim övladlarım mənim bəstələdiyim əsərlərimdir. Onlara da özüm sponsorluq edirəm. Bu kitabım elə - belədən ərsəyə gəlməyib”.

Proqramın aparıcısı İsa Şükürov rəngarəng şəkillərlə bəzədilən sözügedən kitabın ərsəyə gəlməsi üçün bahalı və lüks avtomobilinin pulu xərclənib. 

Onun bu sözləri ilə Seyidcahan razılaşaraq “Hətta bu kitaba bir evin pulunu xərcləmişəm” cavabını verib. 

Daha sonra İsa Elzanın işlətdiyi köhnə telefonunu efirdə nümayiş etdirib.

Müğənni deyib ki, “Telefonum köhnə olsa da, içində təzə sözlər var”.

Seyidcahan daha sonra bildirib ki, bir məşhur şəxs ona ad günü hədiyyəsi olaraq son model “İphone” markalı telefon bağışlayacağını söyləyib.

 

Seçilən
13
1
olay.az

2Mənbələr