AZ

COP29-un bədxahları: Onların dünyanın iqlim siyasətinə vecsizlik kimi mənalanırdı -ANALİZ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Amma COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Co Bayden Administrasiyası və Avropa İttifaqı rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin  keçməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi  və məhz buna görə Bakıya gəlmədi. Eyni zamanda COP29-da Aİ-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqrilm məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğuı oldu. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Sherg.az”a bildirib  ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının Bakıda keçirilən 29 sessiyasını (COP29) uğurla və nümunəvi bir formada başa çatdırdı:

“Ölkəmiz 11 ay hazırlaşdığı bu beynəlxalq tədbirə layiqli şəkildə ev sahibliyi etdi və 196 ölkədən 72 min iştirakçını böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Həmçinin COP29-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Bakı COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.

Millət vəkili qeyd edib ki, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağı hədəfləyən strateji planlar hazırlayıb - dövlətin “yaşıl” enerji sahəsindəki təşəbbüsləri, alternativ və bərpa olunan enerji mənbələrinə diqqət ayırması, o cümlədən günəş və külək enerjisi sahəsində atılan addımlar xüsusilə diqqəti cəlb edir:

“Bu mənada, COP29 qlobal tədbir kimi mühüm amilləri özündə birləşdirir. Təsadüfi deyil ki, tədbirin baş tutduğu bu günlərdə Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Çünki COP29 çərçivəsində keçirilən görüşlər, konfranslar, panel iclasları və konkret olaraq ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşdırılmış toplantılar iqlim dəyişikliyi ilə mübarizə metodologiyasına yeni təcrübələr qazandırır”.

A.Hüseynov bildirib ki, tədbir Azərbaycanın bədxahlarının qarayaxma kampaniyası, yəni sessiyanın boykot olunmasına çağırışlar şəraitində reallaşdı:
“Bir sıra dövlətlər ciddi ekoloji müzakirələrə həssaslıq göstərmək əvəzinə, Azərbaycanın evsahibliyinə qısqanclıq, başqa sözlə ölkəmizə olan hörməti həzm etməməkdən irəli gələn kobud davranış sərgiləyirdilər. Daxildəki müəyyən qüvvələr də xaricdəki qulp qoyanlarla, pozucu qüvvələrlə səs-səsə vermək istəyirdi. Məqsəd nə olur-olsun, tədbir baş tutmasın, Azərbaycan beynəlxalq aləmdə rüsvay olsun kimi bədniyyətlilikdən doğurdu. Bu ölkəmizin uğurlarını gözü götürməyənlərin xislətindən irəli gəlirdi. Əslində həmin qüvvələrin bədxahlığı dünyanın iqlim siyasətinə vecsizlik, dünyanı fəlakətlərdən qorumaq addımları əleyhinə atılmış addım kimi mənalanırdı. Beləliklə, Azərbaycan dünyanı Bakıya toplayaraq nümunəvi və COP tarixinə qızıl hərflərlə yazılan sammiti keçirməyə nail oldu”.
Seçilən
4
sherg.az

1Mənbələr