AZ

İspaniyanın fəxri kralına qarşı iddia qaldırılıb

İspaniyanın keçmiş hakimləri və prokurorları 5 vergi cinayətində ittiham olunaraq, Kral I Xuan Karlosa qarşı birgə iddia qaldırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə RTVE teleradio şirkəti məlumat yayıb.

Şikayət ölkənin Ali Məhkəməsinə verilib. İddia 2014-cü ildən 2018-ci ilə qədər baş vermiş qanun pozuntularından bəhs edir.
Ərizəçilər iddia edirlər ki, keçmiş dövlət başçısının vergi vəziyyətini ödənişlər yolu ilə həll etmək cəhdləri qanunun tələblərinə uyğun gəlmir, çünki bu, I Xuan Karlosa davam edən istintaq barədə məlumat verildikdən sonra edilib.
Xüsusilə, fəxri kral əvvəllər 600 min avrodan çox və təxminən 4,4 milyon avro məbləğində vergi ödəyib.

Seçilən
7
ucnoqta.az

1Mənbələr