Əvvəlcə oğlu Əhməd, daha sonra qızı Dilan Çıtakla olan polemikaları ilə gündəmə gələn İbrahim Tatlısəsin səhhətində hazırda ciddi problemlər var.
Sonxeber.az türk mediayasına istinadən xəbər verir ki, 2011-ci il martın 14-nə keçən gecə Maslakda uzun lüləli silahla hücuma məruz qalan və uzun müddət müalicə aldıqdan sonra sağlamlığına qovuşan, lakin qismən iflic olan 72 yaşlı müğənni yeriməkdə çətinlik çəkib. Bundan sonra Tatlısəs fizioterapevtlə işləməyə başladı.
Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən məşhur müğənni "Allah hər kəsə şəfa versin. Müəllimimlə yenidən seanslara başladıq, yeridə biləcəyinə inanıram. Dualarınızı əsirgəməyin" - dedi.