AZ

Gürcüstanın 11-ci çağırış parlamenti 150 deputatın səlahiyyətini tanıdı

Bakı. Trend:

Gürcüstanın 11-ci çağırış parlamenti 150 deputatın səlahiyyətini– 88 lehinə, 0 əleyhinə səslə tanıyıb.

TrendGürcüstan KİV-ə istinadən xəbər verir ki, səlahiyyətintanınmasından sonra parlamentin üzvləri vətənə sədaqət andıiçiblər.

Məlumata əsasən, səlahiyyətin tanınmasından əvvəl, reqlamentəmüvafiq olaraq, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK)sədri Qiorqi Kalandarişvili parlamenti seçkilərin nəticələri barədəməlumatr verib. Həmçinin, parlamentin üzvlərinin səlahiyyətlərinintanınması üçün lazım olan sənədləri müvəqqəti mandat komissiyasınatəqdim edib. Prosedura müvafiq olaraq, komissiyalar sədrləri vəkatibləri seçiblər, eləcə də, müvəqqəti mandat komissiyaları MSKtərəfindən verilmiş sənədləri müzakirə ediblər.

MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinəbeş siyasi subyekt seçilib.

150 deputatdan ibarət parlamentdə “Gürcü arzusu” partiyası 89mandat əldə edib. Qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”,“Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və Qiorgi Qaxarianınrəhbərlik etdiyi “Gürcüstan naminə” partiyaları arasındabölüşdürülüb. Lakin müxalifət parlamentdə iştirak etmək niyyətindəolmadığını bəyan edib.

Qeyd edilib ki, yeni seçilmiş 11-ci çağırış parlament bu gün ilkiclasını keçirir. İclasa parlamentin sədri seçilənədək parlamentinən yaşlı üzvü Lado Kaxadze sədrlik edir.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr