AZ

İrakli Kobaxidze yeni hökumətin tərkibini açıqladı

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətadministrasiyasında keçirilən brifinqdə hökumətin yeni tərkibinitəqdim edib.

TrendGürcüstan KİV-ə istinadən xəbər verir ki, yeni hökumət tərkibindəİlya Darçiaşvili, Rati Breqadze və Otar yer almayacaq.

Hökumət tərkibində üç dəyişiklik edilib. Dəyişikliklər Xariciİşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Ətraf Mühitin Mühafizəsi vəKənd Təsərrüfatı Nazirliyini əhatə edib.

İrakli Kobaxidze tərəfindən təklif olunan yeni hökumət tərkibibelədir:

- Gürcüstanın Xarici İşlər Naziri – Maka Boçorişvili;

- Gürcüstanın Ədliyyə Naziri – Anri Oxanaşvili;

- Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd TəsərrüfatıNaziri – David Sonqulaşvili;

- Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri – LevanDavitaşvili;

- Gürcüstanın Müdafiə Naziri – İrakli Çikovani;

- Gürcüstanın Maliyyə Naziri – Laşa Xutsişvili;

- Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri – İrakliKarseladze;

- Gürcüstanın Daxili İşlər Naziri – Vaxdanq Qomelauri;

- Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri – AleksandrTsuladze;

- Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Sağlamlıq və SosialMüdafiə Naziri – Mixail Sardjveladze;

- Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – TeyaAxvlediani;

- Gürcüstanın Mədəniyyət və İdman Naziri – Tinatin Ruxadze.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr