AZ

Suriyada PKK/YPG ilə Suriya Milli Ordusu arasında qarşıdurma yaranıb

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG ilə Suriya Milli Ordusu (SMO) arasında baş verən qarşıdurmada 11 SMO üzvü ölüb, 8-i yaralanıb.

Suriyanın şimalında Hələb əyalətinin Mənbic rayonunda işğalını davam etdirən PKK/YPG terrorçuları gecə saatlarında Bab rayonunda SMO cəbhə xəttinə sızmağa cəhd ediblər.

Rayonun şərqindəki Acemi bölgəsində SMO cəbhə xəttində baş verən qarşıdurmada 11 SMO üzvü ölüb, 8-i yaralanıb.

Sızma cəhdi dəf edilərkən, qarşıdurmada itki verən PKK/YPG terrorçuları geri çəkilməli olub.

Terrorçular sızmağa çalışdıqları bölgəyə də qurudan-quruya silahlarla hücum ediblər.

Hücumlara cavab olaraq SMO Qrad raketləri ilə terror təşkilatının mövqelərini hədəfə alıb.

Terror təşkilatı PKK/YPG 2016-cı ildən işğal altında saxladığı Tel-Rıfat və Mənbic rayonundan fasilələrlə SMO cəbhə xəttinə sızmağa cəhd edir.



Seçilən
35
50
trt.net.tr

10Mənbələr