AZ

"Əgər biz bunu tətbiq edən qurum kimi bələdiyyələri düşünürüksə..." - Ekspert deputatın təklifini şərh etdi

"İnfrastrukturu inkişaf etdirmək, hər bir halda hər şeyi dövlətdən gözləməmək, əksinə dövlətə yeni ideyalarla dəstək olmaq lazımdır".

Bunu Milli.Az-a çıqlamasında ekspert Fərid Əliyev Milli Məclisin deputatı Elşad Musayevin bələdiyyələrlə bağlı yeni təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, bələdiyyələri daha yararlı bir quruma çevirmək olar:

"Əmlak vergisi, yol vergisi və.s dünya ölkələrində gördüyümüz reallıqdır. Lakin biz bunu pərakəndə ucdan tutma edə bilmərik. Avtomobilin yaşı, mühərrikin həcmi və.s göstəricilərinə görə, müəyyən məbləğlərdə vergilər tətbiq oluna bilər. Əgər biz bunu tətbiq edən qurum kimi bələdiyyələri düşünürüksə, bəli dünya təcrübəsində bələdiyyələr həm dövlət, həm də xalq üçün yararlı bir qurumdur. Lakin Azərbaycanda insanlar arasında Bələdiyyə anlayışı o qədər də tam formalaşmayıb. Düşünürəm ki, insanımız bələdiyyənin verdiyi qərara elə də ciddi yanaşmayacaq. Lakin ölkəmizdə bunu tətbiq etmək üçün yararlı bələdiyyə sistemi qurmaq, daha sonra bələdiyyələrə müəyyən səlahiyyətlər vermək lazımdır. Ən əsası da bu sistemə İdaraetmənin növlərini mükəmməl bilən insanlar rəhbərlik etməlidir ki, normal, adekvat və stratejik qərarlar verərək, həm dövlətə, həm də xalqa yararlı olsunlar. Düşünürəm ki, dövlətə ağıllı beyinlər lazımdır. Əsas da bölgələrdə, həqiqətən də infrastrukturu inkişaf etdirmək, hər bir halda hər şeyi dövlətdən gözləməmək, əksinə dövlətə yeni ideyalarla dəstək olmaq lazımdır".

Milli.Az

Seçilən
11
milli.az

1Mənbələr