Fırtına zamanı üstünə dam örtüyünün uçması nəticəsində ağır yaralanan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən Türkiyənin Kahramanmaraş bölgəsində baş verib.
Sürəti saatda 70 kilometrə çatan fırtınada xırda mal-qaranın saxlandığı binanın damı uçub.
Xəbər üzərinə hadisə yerinə təcili yardım cəlb olunub.
A.Ç. adlı şəxs (57 yaş) yüngül, Mövlud Altıntaş (42 yaş) isə ağır yaralanıb. Hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra yaralılar xəstəxanaya çatdırılıb.
Ağır yaralanan Mövlud Altıntaşı həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb və bu gün dünyasını dəyişib.
Oksana